• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3000
— 26.11.2014 15:56

Şəmkirdə əməkdar məşqçi Ziyabil Abbasovun xatirəsinə həsr olunan cüdo yarışına start verilib

Şəmkir Olimpiya İdman kompleksində SSRİ idman ustası, əməkdar məşqçi Ziyabil Abbasovun xatirəsinə həsr olunan cüdo üzrə turnir start götürüb. Yarışın açılış mərasimində çıxış edənlər mərhum məşqçisinin həyat yolundan bəhs edərək onun ölkə idmanının inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Ziyabil Abbasovun güclü idmançılar, dünya və Avropa çempionları yetişdirməsi qeyd olunub. Rəsmi hissənin  ardından yeniyetmələr mübarizəyə qoşulub. Yarışda 2000-2002-ci il təvəllüdlü tatami ustaları 10 çəki dərəcəsində güclünü ayırd edir. Turnirdə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Samux, Yevlax, Bərdə, Mingəçevir, Şəmkir və Tovuzdan 170-ə yaxın cüdoçu gücünü sınayır.