• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 26.11.2014 15:36

Kəpəz Rəvanla qarşılaşacağı oyunun hazırlıqlarını davam etdirir

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən Gəncənin "Kəpəz" klubu 13-cü tur çərçivəsində qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir.

Son turda "Göyəzən" üzərində qələbə qazanan Vidadi Rzayevin yetirmələri paytaxdan da sərfəli nəticə ilə dönməyi planlaşdırır. Lakin komandada işlər bir o qədər yolunda getmir. Belə ki, Qazax təmsilçisi ilə görüşdə ehtiyat oyunçular skamyasında əyləşən və hakimləri təhqir etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırılan Davud Kərimi 4 oyunluq diskvalifikasiya edilib. Bu isə "əlcək sahib"i üçün ilk dövrənin başa çatması deməkdir. "Kəpəz"in digər qapıçısı Eşqin Şəmiyevin isə etibarlı əvəzləyicisinin olmaması qarşıdakı görüşlərdə komanda üçün problem yarada bilər.

Davud Kərimi- "Kəpəz"in qapıçısı: "Bu ağır cəzadır. Biri var, meydançada hakimi təhqir edəsən, söyəsən, üstünə şığıyasan. Biri də var ki, mən sadəcə oturduğum yerdən öz fikrimi bildirdim. Bəli, razıyam. Mənim üçün cəza olmalıdır. Çünki hər bir futbolçu öz cəzasını çəkməlidi, əgər səhvi varsa. Amma oyundan sonra hakimlərə yaxınlaşdım, üzr istədim".