• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3310
— 11.03.2019 19:45

Maaşların artırılması nəzərdə tutulur – millət vəkili ilə söhbət

KepezTV Player

“Cari ilin ikinci yarısında pensiya və müavinətlərin yenidən artımı gözlənilir”. Bu barədə Kapital verilişində qonaq olan millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə qeyri-neft sektoru üzrə qəbul olunan strateji yol xəritələrində nəzərdə tutulan hədəflər bu addımı atmağa imkan verir. Millət vəkili Gəncədə yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görüldüyünü də bildirib. Məqsəd yeni istehsal sahələrini yaratmaqla əhalinin yüksək əmək haqqı ilə məşğulluğunun təmin edilməsidir. Parlamentari sosial sahədə aparılan islahatların davamlılığı, “Uşaq pulu” müavinətinin gələcəkdə işləməyən analara da verilə biləcəyini söyləyib.