• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3061
— 26.11.2014 11:52

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib

İlk oyun günündə E, F, G və H qruplarında görüşlər keçirilib. E qrupunun ilk qarşılaşmasında Moskva ÇSKA-sı evdə "Roma"nı qəbul edib. Hər iki komandanın eyni xala malik olması görüşə marağı bir qədər də artırıb. Birinci hissədə hərbçilər üstün oyun nümayiş etdirsə də ilk qol qonaqlardan gəlib. 43-cü dəqiqədə təcrübəli futbolçu Françesko Totti cərimə zərbəsindən qapını dəqiq nişan alıb. İkinci 45 dəqiqədə hər iki komanda qapılar önündə bir-birindən təhlükəli qol vəziyyətləri yaradıblar. Ancaq yalnız bir dəfə qapı toru havalanıb. Oyunun əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə Vasili Berezutski tablodakı rəqəmləri eyniləşdirərək Rusiya təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu qrupun digər oyununda Mançester Siti Bavariyanı sınağa çəkib. 5 qolun qeydə alındığı qarşılaşmada ilk qol 21-ci dəqiqədə vurulub. Hücumun qarşısını kobudluqla alan Bavariyanın oyunçusu Mehdi Benatia qırmızı vərəqə almaqla yanaşı penaltiyə də səbəb olub. Topun arxasına keçən Serxio Aquero 11 metrlik cərimə zərbəsini boşa verməyib. 40-cı dəqiqədə almanlar Xabi Alonsonun cərimə zaərbəsindən vurduğu qolla bərabərliyi təmin ediblər. İlk yarının son dəqiqələrində Levandovski sağ cinahdan göndərilən asmani baş zərbəsiylə tamamlayaraq komandasını fasiləyə üstün yollayıb. Mərhələ adlamaq üçün qələbə əzmiylə mübarizə aparan ingilislər ikinci yarıda bütün gücünü ortaya qoyub. 85-ci dəqiqədə Aquero əks hücum zamanı adını tabloya yazdıraraq şəhərliləri ümidləndirib. Gecənin qəhrəmanına çevrilən argentinalı qarşılaşmanın əsas vaxtına artırılan 1-ci dəqiqədə qələbə topunu vurmağı da bacarıb. Müdafiədəki səhvi bağışlamayan hücumçu Mançester Sitiyə vacib 3 xal qazandırıb.

F qrupunda lider PSJ Ayaksla görüşüb. Oyunda tablonu 33-cü dəqiqədə Edinson Kavani hərəkətə gətirib. İlk yarısı bu hesabla bitən qarşılaşmanın 67-ci dəqiqəsində hesaba tarazlıq gəlib.  Klaassen status-kvonu bərpa edib. 79-cu dəqiqədə Zlatan İbrahimoviç fransızları yenidən hesabda önə keçirib. Görüşün sonuna 7 dəqiqə qalmış Kavani dubl edərək oyunda son nöqtəni qoyub. PSJ 3 Ayaks 1.

APOEL  "Barselona”  qarşılaşması da böyükhesablı nəticəylə sonlanıb. Oyunda sükutu 27-ci dəqiqədə Suares pozub. Bu, futbolçunun barsanın heyətində ilk qolu olub. 38-ci dəqiqədə Lionel Messi hesab arasındakı fərqi iki topa çıxarıb. İkinci hissədə də oyuna hakim olan katalonlardan 58-ci dəqiqədə Messi dubl edib. İspaniya çempionatının son oyunlarında da fəallıq göstərən argentinalı 87-ci dəqiqədə het-trik edərək yekun hesabı təyin edib.

G qrupunda reallaşan "Şalke" - "Çelsi" matçında qonaqlar böyükhesablı qələbəyə sevinib. Hesabı 2-ci dəqiqədə "zadəganlar"dan Con Teri hesabı açıb. 29-cu dəqiqədə fərq iki topa yüksəlib. Almanların qapıçısı Vilianın zərbəsi qarşısında aciz qalıb. İlk hissənin yekunlaşmasına 1 dəqiqə qalmış görüşdə avtoqol qeydə alınıb. "Şalke"nin heyətində Yan Kirxqoff küncdən ötürmə zamanı topu öz qapısına göndərib. İkinci hissədə rəqibi daha iki dəfə mərkəzə dəvət edən London təmsilçisi hesabı biabırçı həddə çatdırıb. Əvvəlcə 76-cı dəqiqədə Didye Droqba komanda yoldaşının ötürməsini qolla tamamlayıb. İki dəqiqə sonra Ramires də fərqlənərək matçda son nöqtəni qoyub. "Şalke" 0 "Çelsi" 5.

Qrupun digər oyununda "Sportinq" doğma meydanda "Maribor"la qarşılaşıb. Oyunda ilk qol meydan sahiblərindən gəlib. 10-cu dəqiqədə Karlos Mane tablonu işə salıb. 35-ci dəqiqədə portuqaliyalılar ikinci qolu rəqibin qapısından keçirib. Müdafiəçiləri çaş-baş salan Nani diqqət mərkəzinə düşüb. 42-ci dəqiqədə qonaqlar buraxılan qollardan birininin əvəzini çıxıb. Ceferson qapıların yerini səhv salaraq sloveniyalıların fərqlənməsinə yardımçı olub. 65-ci dəqiqədə İslam Slimani qonaqları növbəti dəfə cəzalandıraraq qarşılaşmanın yekun hesabını müəyyənləşdirib. "Sportinq"3 "Maribor" 1

H qrupunda baş tutan BATE - Porto qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qol 56-cı dəqiqədə qonaqlardan Hektor Herreyranın ayağına yazılılıb. 65-ci dəqiqədə prineylilər daha bir qol vurub. Cekson Martinez bir toxunuşla çərçivəyə yol tapıb. Bununla kifayətlənməyən Xulen Lopeteqinin yetirmələri final fitinə az qalmış Kristian Tellonun sayəsində fərqi 3 topa çatdırıb. Bu qol görüşdə sonuncu dəqiq zərbə olub.

Bu qrupun digər oyunu olan "Şaxtyor" - "Atletik" qarşılşamasının taleyini 1 qol həll edib. 68-ci dəqiqədə Mikel San Xose standart vəziyyətin davamında topu tora göndərib. Bu qalibiyyətlə ispanlar qrupda ilk qələbəsini qazanıb.

Çempionlar Liqası

V tur

25 noyabr

E qrupu

MOİK – "Roma” - 1:1

Qollar: Berezustki, 90+3 - Totti, 43

 

"Mançester Siti” – "Bavariya” - 3:2

Qollar: Aquero, 22; 85; 90+1 - Alonso, 40, Levandovski, 45

 

1.

Bavariya

5

4

0

1

13:4

12

2.

MS

5

1

2

2

7:8

5

3.

Roma

5

1

2

2

8:12

5

4.

MOİK

5

1

2

2

6:10

5

 

 

F qrupu

APOEL – "Barselona” - 0:4

Qollar: Suares, 27, Messi, 38; 58; 87

 

PSJ – "Ayaks” - 3:1

Qollar: Kavani, 33; 83, İbrahimoviç, 79 - Klaassen, 67

 

1.

PSJ

5

4

1

0

9:4

13

2.

Barselona

5

4

0

1

12:4

12

3.

Ayaks

5

0

2

3

4:10

2

4.

APOEL

5

0

1

4

1:8

1

 

G qrupu

"Şalke” – "Çelsi” - 0:5

Qollar: Terri, 2, Vilian, 29, Kirkhhoff, 44-avtoqol, Droqba, 76, Ramires, 78

 

"Sportinq” – "Maribor” - 3:1

Qollar: Mane, 10, Nani, 35, Slimani, 65 - Cefferson, 42-avtoqol

 

1.

Çelsi

5

3

2

0

14:2

11

2.

Sportinq

5

2

1

2

11:9

7

3.

Şalke

5

1

2

2

8:14

5

4.

Maribor

5

0

3

2

4:12

3

 

 

H qrupu

BATE – "Porto” - 0:3

Qollar: Herrera, 56, Martines, 65, Tello, 89

 

"Şaxtyor” – "Atletik” - 0:1

Qol: San Jose, 68

 

1.

Porto

5

4

1

0

15:3

13

2.

Şaxtyor

5

2

2

1

14:3

8

3.

Atletik

5

1

1

3

3:6

4

4.

BATE

5

1

0

4

2:22

3