• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3056
— 26.11.2014 11:46

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunları start götürəcək

3 gün davam edəcək qarşılaşmalardan sonra 1/8 finalçıların adları bəlli olacaq. 

Turnirdəki yeganə təmsilçimiz “Lokomotiv” də bu gün mübarizəyə qoşulacaq. Azərbaycan Super Liqasının lideri Almaniyanın “Rote Raben” klubu ilə üz-üzə gələcək. 

İlk görüşdə səfərdə 0:3 (17:25; 24:26; 22:25) hesablı qələbə qazanan “dəmiryolçular” Bakı da eyni uğuru təkrarlamaq niyyətindədir.

  

CEV kuboku

1/16 final, cavab oyunu

18:00. “Lokomotiv” (Azərbaycan) – “Rote Raben” (Almaniya)

Hakimlər: Alim Batyuk (Ukrayna), İskra Zidaniç (Xorvatiya)

Bakı. Voleybol Mərkəzi

İlk oyun: “Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)