• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4465
— 17.09.2014 02:48

Bu qış ot qıt olacaq

Bu yay müşahidə olunan quraqlıq bitkiçiliklə yanaşı heyvandarlığa da təsirsiz ötüşməyib. Mütəxəssislər bu qış ot qıtlığının olacağını deyirlər.
Havaların quraq keçməsi, yağıntının normadan aşağı düşməsi yaşıl kütlənin azalmasına səbəb olur ki, bu da öz növbəsində heyvandarlıqda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Heyvanların inkişaf və məhsuldarlığı üçün gün ərzində 50-60 faiz yaşıl kütlə lazım gəlir. Yaşıl otlaqların qıt olduğu vəziyyətdən çıxış yolu kimi alternativ variantlar istifadə olunmalıdır.

Suliddin Abbasov- kənd təsərrüfatı üzrə fəlsəfə doktoru: "Qabaqlar hektarla yem çuğunduru əkilirdi ki, bu da həm payız, həm də qış dövründə istifadə olunurdu. Və yaxud da qış dövründə silos, sinaj basdırılmalıdır ki, qış dövründə süd məhsuldarlığının artırılması üçün istifadə olunsun".

Xarici dövlətlərin əksəriyyətində belə vəziyyətdə yaşıl konveriyu üsuluna keçirilir. Bu xüsusi istixanalar deməkdir ki, orada buğda, arpa və vələmir əkilərək yem kimi ifadə olunur.

Suliddin Abbasov- kənd təsərrüfatı üzrə fəlsəfə doktoru: "1 kq məhsuldan, 6-7 kq yaşıl kütlə alırlar. Ancaq 1 kv metr ərazidən qarğıdalı əkini 60-70 kq, arpa, buğdadan isə 20-25 kq yaşıl kütlə alınır".

Ölkəmizdə də belə gözlənilməz hava şəraitindən sığortalanmaq üçün mütəxəssislər yaşıl konveriyu üsulundan istifadə etməyi məsləhət görürlər.

Aidə Ramizqızı