• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3728
— 25.11.2014 20:56

İrandan ölkəmizə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, həyata keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.