• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3725
— 25.11.2014 20:53

Goranboyda 3 gün bundan əvvəl 80 yaşlı ər-arvadı öldürən şəxs saxlanılıb

Araşdırma zamanı məlum olub ki, qanlı hadisəni ailənin keçmiş kürəkəni Sübay İbrahimov törədib.

Goranboy rayonunda yaşlı ər və arvadı qətlə yetirən şəxs həbs edilib. 
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də Goranboy rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirməkdə şübhəli bilinən Todan kənd sakini Sübhay İbrahimov tutulub. Saxlanan şəxs Sübay İbrahimov bildirib ki , o, hadisəni sərxoş vəziyyətdə edib. Ailənin keçmiş kürəkəni Sübay İbrahimov gecə saatlatında qayınatası Tahir Məmmədovgilə gedib. Kürəkən evlərinə qayıtmaq ücün qaynatasından 3-4 manat pul istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Qayınata kürəkən söz-söhbətinə evdən qayınana Sona Məmmədova çıxıb. Bu zaman Sübay İbrahimov qayınata və qayınanasını itəliyərək yerə yıxıb. Kürəkənin sözlərinə görə, yerə yıxılan qayınata Tahir Məmmədov huşunu itirsə də qayınanası onu polisə verəcəyini bildirib. Kürəkən hadisənin üstünün ört basdır etmək üçün məhəllədən baltanı götürürüək qayınanası və qayınatasının başından və kürəyindən bir neçə zərbə vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.