• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 25.11.2014 20:52

Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzasında 3 nəfər canından olub, yaralılar var

Qaradağ rayonunun Müşfiq qəsəbəsinin ağır yol nəqliyyat hadisəsi baş verib. İsmayıllıdan yasdan Bakıya qayıdan qohumların düşdüyü qəzada 3 nəfər dünyasını dəyişib.

Hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində Müşviq qəsəbəsinin Çaylı kəndinin ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini Fəxrəddin Babayev “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yol kənarında dəyanan “Şaqman” markalı yük avtomobilinə çırpıb. Sürücü və avtomobildə olan sərnişinlər- 52 yaşlı İslam Rəhimov və 48 yaşlı Əziz Mitalov hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan digər sərnişinlər 28 yaşlı Ruslan Məmmədov və 52 yaşlı Zərnişan Babayeva Şirəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Zərnişan Babayevanın vəziyyəti kafidir, Ruslan Məmmədovun vəziyyətinin isə ağır-stabil olduğu bildirilir.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisinin əməkdaşları baxış keçiriblər. Qəzaya səbəb olan “Mercedes” markalı minik avtomobili cərimə meydançasına aparılıb. Məlumata görə, qəzaya düşən avtomobildəki sürücü və sərnişinlər İsmayıllı rayonunda yaşayan qohumlarının yas mərasimindən Bakıya qayıdırmışlar.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.