• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 25.11.2014 19:43

Göyçay və Kürdəmirdə baş vermiş yol qəzaları nəticəsində 4 nəfər yaralanıb

Göyçayda iki maşının toqquşması nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb. Kürdəmirdə isə avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hər iki yol nəqliyyat hadisəsi haqqında daha ətraflı qaşıdakı videomaterialda.

Göyçay rayonunda iki minik maşını toqquşması nəticəsində, 3 nəfər  yaralanıb, ağır xəsarət alanlar var. Hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb. Göyçayın Qızılağac kənd sakini 33 yaşlı Şamil Xəlilovun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini 50 yaşlı Adət Məmmədova məxsus “VAZ 21011” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı 48 yaşlı Rəqubə Məmmədova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə isə minik avtomilini yolun kənarında  saxlayıb qarşı tərəfə  keçmək istəyən sürücünü yük  maşını vurub. Hadisə  ötən gün axşam saatlarında Bakı – Qazax magistralının Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində  qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misavişli idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada,  Mingəçevir  şəhər sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı  dərhal Kürdəmir  Rayon Mərkəzi  Xəstəxanasına  çatdırılıb. Xəstəyə ilkin  tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib.  Hazırda  onun  vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Kürdəmir rayon Poli Şöbəsində araşdırma  aparılır.