• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 25.11.2014 19:41

Masallıda ovçu ehtiyatsızlığı ucbatından ağır yaralanıb

Masallı rayonunda bədbəxt hadisə baş verib. Masallı sakininin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində 6 sm uzunluğunda patron arxadan açılaraq gözaltı nahiyəsindən girib, ağız boşluğuna qədər nüfuz edib.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 37 yaşlı Qaraş Kərimov ov edən zaman ehtiyatsızlıqdan ona məxsus ov tüfənginin patronu arxadan açılaraq gözaltı nahiyəsinə dəyib və ağız boşluğunun sərt damağını deşib.

Yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Patronun Qaraş Kərimovun damağından çıxarılması üçün Bakıdan təcrübəli həkimlər çağırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.