• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3723
— 25.11.2014 19:40

Bakıda moteldə törədilən qətlin üstü açılıb

Bakının Binəqədi rayonunda bir neçə gün bundan öncə motellərdən birində törədilən qətlin üstü açılıb.

Sumqayıt şəhər sakini Afaq Şükürovanın rayonun Biləcəri qəsəbəsində yerləşən motelin hamam otağında özünü asaraq intihar etdiyi bildirilsə də araşdırmalar faktın tam əksinə olmasını sübut edib. İstintaq zamanı mərhumun elə öz doğma əmisi oğlu tərəfindən boğularaq qətlə yetirildiyi üzə çıxıb.

Binəqədi Rayon Polis İdarəsinin və 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Kürdəmir rayon sakini Asim Ağamalıyev saxlanılaraq istintaqa cəlb edilib. İstintaqda Asim əməlini etiraf edib. Onların yaxın münasibətdə olması faktı da istisna edilmir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1- yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, qətlin bütün səbəbləri və gizli qalan məqamları araşdırılır.