
İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Quşencə kənd sakini 31 yaşlı Afət Ağayeva doğuş sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin sözlərinə görə, bu, Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhətində hec bir narahatlıq olmayıb.
İsmayıllı rayon mərkəzi xəstəxanasının baş həkiminin müvani Abdullətif Maqsudovun sözlərinə görə, doğuş normal kecib. 3 kq.500 qram çəkisində, 55 sm boyunda qız uşağı dünyaya gəlib. Körpənin vəziyyəti yaxşı olsa da ana dünyasını dəyişib.
Doğuşu həyata keçirən mama-ginekoloq Hüseynova Məlahət tibbi şüranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 314.1-i maddəsi ilə cinayət işi açılıb, araşdırama aparılır.
Ölümün daha dəqiq səbəbi pataloji anatomiya birliyinin verdiyi qərardan sonra məlum olacaq.
- Baxış: 512