• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3075
— 25.11.2014 18:02

Kəpəz-in keçmiş qapıçıları bu sənətin sirrlərini uşaq və yeniyetmələrə öyrədir

“Kəpəz” futbol klubunun keçmiş qapıçıları həftədə 4 dəfə uşaq və yeniyetmələrə bu sənətin sirrlərini öyrədir. Karyeralarını bir müddət öncə başa vuraraq məşqçiliyə başlayan və hər yaş qrupundan qapıçılar üçün məşq bölməsi açan Xəyal Zeynalov və Tariyel Hüseynov təcrübələrini həmkarları ilə bölüşür. Gənc mütəxəsisslər yaşıl meydanda keçirilən hazırlıqlarla yanaşı, məşq prosesində müasir texnologiyanın imkanlarından da yararlanır. Bu mənada, 7-17 yaş arası qolkiperlər üçün həftədə bir dəfə monitor vasitəsi ilə təlimlər təşkil olunur. Seminarda 20-dən çox gənc qapıçı iştirak edir.