• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4413
— 25.11.2014 13:17

Gəncədə “quş qripi” ilə bağlı monitorinqlər aparılır

Respublika ərazisində “quş qripi” ilə bağlı noyabr ayının 17-dən başlayaraq növbəti monitorinqlərə start verilib.

Gəncədə də baytarlıq idarəsinin həkimləri fərdi təsərrüfatlarda və həyətyanı sahələrdə  saxlanılan, eləcə də  bazarlarda satışa çıxarılan ev quşlarına baxış keçiriblər. Müayinə olunun ev quşlarından 70-dən artıq qan nümunələri götürülərək yoxlanılması üçün zona baytarlıq laboratoriyalarına göndərilib.

Qeyd edək ki, Gəncədə fərdi təsərrüfatlarda və həyətyanı sahələrdə 20 mindən artıq ev quşu saxlanılır. Aparılan monitorinqin nəticələri Dövlət Baytarlıq Xidməti tərəfindən noyabır ayının son günü ictimaiyyət üçün açıqlanacaq.