• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3134
— 25.11.2014 12:57

Gəncəli samboçu dünya çempionu olub

Gəncə samboçusu Amil Qasımov kişilər arasında dünya çempionu olub.1 saylı Uşaq Gənclər İdman Məktəbindən əməkdar məşqçi Əli Hacıyevin yetirməsi Yaponiyada keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 82 ölkədən 600 samboçunun iştirak etdiyi yarışda Qasımov 74 kq-da çıxış edib. O, qızıla aparan yolda 5 görüş keçirərək, hamısında da qalib gəlib. Bu il həm də qitə çempionluğunu qazanan idmançı gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da mübarizə aparacaq.

Sonda qeyd edək ki, hazırda Azərbaycanda sambo idman növündən 7 dünya çempionu var ki, onlardan dördü Gəncə sambo məktəbinin yetirməsidir.