• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3404
— 25.11.2014 12:12

Kürdəmir və Samuxda yanğın hadisələri baş verib

Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmasa da hadisə nəticədində 1 ev və 1 tövlə yanaraq külə dönüb.

Kürdəmirdə fərdi yaşayış evi yanıb. Hadisə rayon mərkəzindən 45 kilometr  aralıda yerləşən Pirəkösə kənd sakini Gündüz Gözəlova məxsus evdə baş verib. Yanğın evdə olan odun sobasından başlayıb. Ümumi sahəsi 170 kvadratmetr olan 4 otaqlı evin bir otağında  30 kv.m sahə yanaraq yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan Kürdəmir rayon Yanğından Mühafizə Xidmətinin iki ədəd texnikası və canlı qüvvəsi alovu söndürüb və  digər ərazilərə keçməsinin qarşısı alınıb. Evin qalan  hissəsi və əşyaları yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Samux rayonunda da yanğın hadisəsi baş verib.

Hadisə noyabrın 25-də gecə saat 4 radələrində rayonun Sarıqamış  kəndində qeydə alınıb. Kənd sakini Ramiz Məmmədova məxsus  ümumi sahəsi 99 kv.m olan tövlənin yanar konstruksiyaları, tövləyə bitişik ümumi sahəsi 280 kv.m olan talvarın yanar konstruksiyaları 84 kv.m sahədə və tövlənin çardağına yığılmış 50 ton ot bağlamasının 40 tonu tamamilə yanıb. Dərhal hadisə yerinə Samux rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və 10 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.  Yanğın zamanı tovlədə olan 50- dən artıq ev quşları da tələf olub. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Uzun çəkən yanğın yalnız saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Samux Dövlət Yanğından Mühafizə Hissəsində yanğının dəqiq səbəbləri araşdırlır.