• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4371
— 25.11.2014 12:09

Qazax rayonundakı üzüm bağlarının bərpası yolunda bir sıra işlər görülür

Qərb bölgəsinin üzümçülük rayonlarından biri də Qazaxdır. İllər öncə bu rayonda müxtəlif sortlar becərilərək yüksək məhsul əldə edilirdi. Hazırda isə Qazaxın əvvəlki üzüm bağlarını bərpa etmək üçün işlər aparılır.

Qazaxda üzüm bağlarını artırmaq məqsədi ilə rayona Fransadan yüksək məhsuldarlığı olan və ən əsası tez yetişən tinglər gətirilib. Regionda üzümçülüyün inkişafında əməyi olan 65 yaşlı Sirac Nuriyev yeni gətirlən üzüm sortlarının rayona tam uyğunlaşdığını deyir.

Qazaxda daha çox süfrə sortları becərilən üzüm bağları üstünlük təşkil edir. Fermerlər texniki sortlara marağın azalmasını istehsal müəssisələrinin azlığı, rayonda şərab zavodların olmaması ilə əlaqələndirirlər.

Hazırda Qazaxda 500 hektardan çox üzüm bağları mövcudur. Rayonda üzüm sahələri artırılsa da, məhsulu saxlamaq üçün müəyyən çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması üçün soyuducu anbar tikilərək fermerlərin ixtiyarına verilib.

Rahim İbrahimoğlu