• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3043
— 25.11.2014 10:59

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay Olimpiya və Paralimpiya oyunlarının talismanlarının təqdimatı olub

Bu talismanlar Braziliyanın heyvanat və bitki aləminin rəmzidir. Pişiyə bənzəyən sarı rəngli heyvan Braziliya faunasının obrazı şəklində təqdim olunub. Braziliya florasının ümumiləşdirilmiş obrazını isə göy və yaşıl rəngli bitki təcəssüm etdirir. Bu obrazda istər çiçək, istərsə də ağac cizgiləri əksini tapıb. Qeyd edək ki, Rio-de-Janeyro yay olimpiya oyunları 2016-cı il 5-21 avqust tarixlərində düzənələcək.