• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3041
— 25.11.2014 10:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub

Son oyun günündə 2 qarşılaşma baş tutub. Turun “Dalğa Arena”da keçirilən mərkəzi görüşü qalmaqalla keçib. Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd Robert Prosineçkinin də izlədiyi “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması qırmızı vərəqələrlə də zəngin olub.

Hər komandanın iki futbolçusunun belə sərt cəzaya məruz qaldığı matç ərzində bir neçə dəfə ara da qarışıb. Lakin hakimlər briqadası hər dəfə aranı sakitləşdirib, oyunu davam etdirməyi bacarıb. Oyuna gəlincə isə “Xəzər Lənkəran” iki dəfə hesabda önə çıxsa da, bakılılar hər dəfə bərabərlik qolunu vurub. Beləliklə, 4 qırmızı vərəqənin qeydə alındığı matçda 4 qol da vurulub – 2:2.

Bu qarşılaşma ilə eyni vaxtda autsayderlər də üz-üzə gəlib. Son pillədə qərarlaşan “Bakı” millilərin oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxan “Sumqayıt”la görüşdə erkən qol vursa da, üstünlüyünü qoruya bilməyib. Hərəyə 1 qol vuran komandalar  xalla kifayətlənib 1:1.

Qeyd edək ki, çempionatda 9 komanda qaldığından XIII turda “İnter” istirahət edib. İlk oyun günündə isə “Qarabağ” AZAL-a 2:1, “Simurq” “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəlib. Maraqlıdı ki, XIII turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb.

  

Azərbaycan Premyer Liqası

XIII tur

24 noyabr (bazar ertəsi)

 "Xəzər Lənkəran” – "Neftçi” - 2:2
QOLLAR: Qalin İvanov, 8; Əfran İsmayılov, 34 - Ruslan Qurbanov, 10; Mürhüseyn Seyidov, 90+5
Qırmızı vərəqələr: Emil Balayev, 15 (Neftçi), Sadio Tounkara, 45 (Xəzər L); Elnur Allahverdiyev 49 (Neftçi); Əfran İsmayılov, 74
 

"Sumqayıt” – "Bakı”  - 1:1
Qollar: Kiyan Sultanpur, 84 - Nurlan Novruzov, 1
 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

11

6

3

2

15-8

21

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

12

4

3

5

16-16

15

6

Qəbələ

11

3

4

4

15-18

13

7

Sumqayıt

11

3

2

6

12-17

11

8

AZAL

11

2

4

5

11-20

10

9

Bakı

12

2

3

7

10-27

9

 

Bombardir: Mikel Alvaro (“İnter”) -  7.