• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3038
— 25.11.2014 10:58

Azərbaycanlı gimnastlar beynəlxalq arenalarda uğurlu çıxışlarını davam etdirir

Bu dəfə ölkəmizin qrup komandası Yaponiyada keçirilən beynəlxalq turnirdə nailiyyətə imza atıb. Yığmamız gündoğar ölkədə respublikamızı ən yaxşı şəkildə təmsil edərək qızıl medal qazanıb. Gimnastlar 27 ölkədən olan rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qrup komandamız Yaponiyada təqdim etdiyi proqramla gələn il Minskdə düzənlənəcək Avropa çempionatında da çıxış etməyi planlaşdırır.