• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3036
— 25.11.2014 10:57

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb

Noyabrın son cədvəlində Azərbaycan millisi daha bir pillə geriləyib. Ötən həftə planetin 11-cisi olan komandamız artıq bu mövqeyini də əldən verib. Hesabında 1391 xal olan yığmamız son bir neçə ay ərzində ikinci dəfə geriləməklə 12-ci yerə enib. Buna Kolumbiyanın 4 pilləlik irəliləyişi səbəb olub. Cənubi amerikalılar 13-cü yeri 9-a dəyişib. 

Ümumilikdə isə reytinq siyahısında dünyanın 151 yığması yer alıb. Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 8-ci, Belçika 28-cidir. Komandamızın 4-cü rəqibi olmağa iddiaçılardan Yunanıstan 52-ci, Danimarka 60-cı, Bolqarıstan 79-cudusa, Cəbəllütariq əsas siyahıya düşən 96 yığma arasında yer almayıb.