• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4870
— 25.11.2014 10:56

Bu gün futbol üzrə Çempionlar Liqasında V turun oyunlarına start veriləcək

İlk oyun günündə daha 8 qarşılaşma keçiriləcək. E qrupunun lideri "Bavariya" klubu səfərdə “Mançester Siti”nin qonağı olacaq. Son İngiltərə çempionu növbəti mərhələ şanslarını saxlamaq üçün bu oyunda qalib gəlməlidir. Moskva CSKA-sı isə evdə "Roma"nı qəbul edəcək. Hər iki komandanın eyni xala malik olması görüşə marağı bir qədər də artırır.

F qrupunda PSJ doğma meydanda "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun həm PSJ, həm də "Ayaks" üçün formal xarakter daşıyır. Lakin ÇL-in 1/8 finalına yüksəlmək şansını itirən "Ayaks" mübarizəni Avropa Liqasında davam etdirə bilməsi üçün bu görüşdə qələbə qazanmalıdır. “Barselona” isə Kiprdə APOEL-in qonağı olacaq. APOEL-in də "Ayaks" kimi Avropa Liqasında mübarizəni davam etdirə bilməsi üçün qələbəyə ehtiyacı var. 

G qrupunda liderlər mövqeyində qərarlaşan Şalke" və "Çelsi" bu dəfə Almaniyada üz-üzə gələcək. "Çelsi" qalib gələcəyi təqdirdə qrup birinciliyini rəsmən təmin edəcək. Portuqaliyada "Sportinq" "Maribor"la qarşılaşacaq. Hər iki komandanın 1/8 finala yüksəlmək şansı olduğundan oyuna böyük maraq var.

H qrupunda BATE lider "Portu"nu qəbul edəcək. Növbəti mərhələyə yüksəlmək şansını saxlaması üçün Belarus klubu bu görüşdə mütləq qələbə qazanmalıdır. "Şaxtyor" (Donetks) klubu isə evdə "Atletik" (Bilbao) komandasını sınağa çəkəcək. Donetsk təmsilçisi bu görüşdə qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edə bilər.


25 noyabr

E qrupu

21:00. CSKA (Moskva, Rusiya) - "Roma" (İtaliya) 

23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) 

  S

Komandalar

O

Q

   H

M

T-F

Xal

1.

Bavariya

4

4

0

0

11:1

12

2.

Roma

4

1

1

2

7:11

4

3.

CSKA (Moskva)

4

1

1

2

5:9

4

4.

Mançester Siti

4

0

2

2

4:6

2

 


F qrupu

23:45. PSJ (Fransa) - "Ayaks" (Hollandiya) 

23:45. APOEL (Kipr) - "Barselona" (İspaniya)

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

PSJ

4

3

1

0

6:3

10

2.

Barselona

4

3

0

1

7:4

9

3.

Ayaks

4

0

2

2

3:6

2

4.

APOEL

4

0

1

3

2:3

1



G qrupu

23:45. "Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə) 

23:45. "Sportinq" (Portuqaliya) - "Maribor" (Sloveniya)

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Çelsi

4

2

2

0

9:2

8

2.

Şalke

4

1

3

0

8:9

5

3.

Sportinq

4

1

1

2

8:8

4

4.

Maribor

4

0

2

2

3:9

3



H qrupu

21:00.  BATE (Belarus) - "Portu" (Portuqaliya)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atletik" (Bilbao, İspaniya)  

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Portu

4

3

1

0

12:3

10

2.

Şaxtyor

4

2

2

0

14:2

8

3.

BATE

4

1

0

3

2:19

3

4.

Atletik Bilbao

4

0

1

3

2:6

1