• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4726
— 25.11.2014 10:56

Kiprin Limassol şəhərində gənc və yaşı 23-dək olan ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir

Yarışın 3-cü günü Azərbaycan millisi ilk medalını qazanıb. 

Komandamıza bu uğuru milliləşdirilən legioner Boyanka Kostova (53 kq) qazandırıb. Yaşı 23-ə qədər olan idmançılarla gücünü yoxlayan təmsilçimiz birdən qaldırmada ilk cəhdində 88 kq-ın öhdəsindən gəlib. İkinci cəhdində 91 kq-ı ram edən atlet üçüncü yanaşmada 93 kq-ı da başı üzərinə qaldırıb. O, bununla U-23-lər arasında Avropa rekordunu da yeniləyib.

Belə ki, Boyanda özünə məxsus olan, 2011-ci ilin noyabrında Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında müəyyən etdiyi rekordu yeniləyib. Həmin turnirdə o, birdən qaldırma hərəkətində 92 kq-ın öhdəsindən gəlib.

Kostova təkanla qaldırma hərəkətinə də uğurla başa vurub. O, əvvəlcə 105 kq-lıq ştanqın öhdəsindən gəlib. Növbəti sifariş verdiyi 110 kq-ı isə yalnız iki yanaşmaya ram edə bilib. Təmsilçimiz bu hərəkətdə gümüş medal qazanıb.

Lakin buna baxmayaraq, toplam 203 kq (93+110) nəticə göstərən atletimiz bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, noyabrın 29-dək davam edəcək Avropa çempionatında Kostova istisna olmaqla, digər 9 atlet “Zirvə”nin üzvləridi. Onlardan isə artıq 5-i uğursuzluğa düçar olub.