• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 24.11.2014 17:59

Tovuzda qəza hadisəsi baş verib

Ötən gün gecə saatlarında Bakı-Qazax avtomagistralının 452 kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Bakıdan Gürcüstan istiqamətində hərəkət edən sərnişin avtobusundan düşüb yolu keçmək istəyən 45 yaşlı Marneuli rayon sakini Elminaz Axundovanı Şəmkir rayon sakini Vüqar Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə vurub. Hadisə zamanı 45 yaşlı qadın yol kənarına düşərək dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstinaq və Təhqiqat bölməsində araşdırma aparılır.