• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 24.11.2014 18:33

Yuxarı Qarabağ kanalında batan qardaşlardan ikincisinin də cəsədi tapılıb

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan qardaşlardan ikincisinin də cəsədi tapılıb. 11 yaşlı Toğrul Novruzovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan böyük qardaşın, Ömər Novruzovun cəsədi isə bir neçə gün öncə batdığı yerdən təqribən 2 kilometr aralıda tapılıb.  Xatırladaq ki, noyabr ayının 11-də  Ağdərə rayonundan məcburi köçkün 13 və 11 yaşlı Novruzov qardaşları Yuxarı Qarabağ kanalında balıq tutarkən suya düşüblər. Balaca qardaş balıq tutarkən ayağı sürüşərək suya yıxılıb. Böyük qardaş kiçik qardaşın suda boğulduğunu görərək, onu xilas etmək üçün kanala atılıb. Nəticədə hər ikisi suda batıb.