• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4957
— 24.11.2014 18:49

Paytaxtda 5 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib

Ötən gecə paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 5 avtomobilin toqquşması nəticəsində baş verən qəzada xəsarət alanlar var.

İlk qəza hadisəsi paytaxtın Azadlıq prospektində qeydə alınıb. Belə ki,

BMV markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib və eyni istiqamətdə hərəkət edən Mercedes markalı avtomobillə toqquşub, daha sonra zərbənin təsiri nəticəsində avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dərhal qəza yerinə gəlib. İlkin məlumata görə, qəzaya səbəb BMV markalı avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olması olub. Evakuator vasitəsiylə avtomobil hadisə yerindən uzaqlaşdırılıb.

Gecənin digər yol-nəqliyyat hadisəsi isə Nəsimi rayonunda qeydə alınıb.

Qəza rayonun Bakıxanov prospektində baş verib. Taksi kimi fəaliyyət göstərən MG markalı avtomobilin sahibi 28 yaşlı Səməndər Ağayev prospektdə hərəkətdə olan zaman qarşıdakı NİSSAN markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, qəza Səməndər Ağayevin diqqətsizliyi səbəbindən baş verib. Yararsız hala düşmüş avtomobil evakuator vasitəsiylə hadisə yerindən uzaqlaşdırılıb. Hər iki hadisəylə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.