• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3551
— 24.11.2014 16:21

Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan komandalar arasında keçirilən futzal yarışına yekun vurulub

Gəncə Olimpiya İdman Kompleksində Gəncədə fəaliyyət göstərən ali məktəb tələbələrindən təşkil olunan komandalar arasında keçirilən futzal yarışına yekun vurulub. Birincilikdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin təmsilçiləri meydana çıxıb. Dairəvi sistemlə reallaşan oyunların yekununa əsasən Qərb zonasından final mərhələsinə vəsiqə qazanan komandanın adı məlum olub. Aqrar Universitetin tələbələri yarışın həlledici mərhələsində iştirak etmək hüququ qazanıb. Dördlər finalı gələn ayın ilk 10 günlüyündə Bakıda keçiriləcək. Qeyd edək ki, respublikanın 20-dən çox ali məktəbinin komandasının iştirak etdiyi birincilik Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Dövlət Gənclər Siyasəti”nin yerinə yetirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər planına daxildir.