• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3748
— 24.11.2014 18:03

Kürdəmir və Zaqatalada fərdi yaşayış evlərində yanğın baş verib

Hər iki hadisədə yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Kürdəmirdə fərdi yaşayış evi yanıb. Hadisə rayon mərkəzindən 12 kilometr aralıda  yerləşən Karrar yaşayış massivində, Eltun Rzayevə məxsus evdə baş verib. Yanğın zamanı evin sahibləri bazarda olsalar da, qonşular  köməyə  gəlib, dərhal yanğınsöndürənlərə məlumat verilib. Kürdəmir Rayon Yanğından Mühafizə Xidmətinin 2  ədəd  texnikası  və canlı qüvvəsi  hadisə yerinə cəlb edilib. Onlar alovun genişlənməsinin və ətrafdakı tikililərə keçməsinin qarşısını alsalar da, ümumi sahəsi 172 kvadratmetr olan evin  bir otağında tavan hissə və dam örtüyü 4 kvadrat metr sahədə yanıb. Hadisənin elektrik naqilində baş verən qısaqapanmadan yarandığı ehtimal olunur.

Zaqatalada isə gecə saat 02.30 radələrində Zaqatala rayonunun Paşan kəndində, kənd sakini, Məryəm Mazayeva məxsus, yaşayış evində yanğın qeydə alınıb. Ümumi sahəsi 99 kvm olan evin təqribən 30 kvadratmetri, bir otaq içindəki əşyalarla birgə tamamilə, bir otağın isə tavan hissəsi yanaraq sıradan çıxıb. Hadisə yerinə FHN-nin Zaqatala Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

 

Hər iki faktla əlaqədar araşdırma aparılır.

 

Xəyalə Mürsəl