• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3547
— 24.11.2014 15:58

Daha bir piyada yol keçmənin qurbanı oldu

Ötən gün gecə saatlarında Bakı-Qazax avtomagistralının 452 kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Bakıdan Gürcüstan istiqamətində hərəkət edən sərnişin avtobusundan düşüb yolu keçmək istəyən 45 yaşlı Marneuli rayon sakini Elminaz Axundovanı Şəmkir rayon sakini Vüqar Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə vurub. Hadisə zamanı 45 yaşlı qadın yol kənarına düşərək dünyasını dəyişib. Faktla bağlı BDYP-nin İstinaq və Təhqiqat bölməsində araşdırma aparılır.