• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3573
— 22.11.2014 15:44

Gəncədə ali məktəb komandaları arasında ənənəvi futzal yarışı düzənlənib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Dövlət Gənclər Siyasəti”nin yerinə yetirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu işlərdən biri ali məktəblər arasında düzənlənən ənənəvi futzal yarışıdır. Birincilikdə respublikanın 20-dən çox ali məktəbinin komandası iştirak edir. Qərb zonasını əhatə edən yarışda Gəncədə fəaliyyət göstərən ali məktəb tələbələrindən təşkil olunan komandalar mübarizəyə qoşulub. Oyunları Gəncə Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin təmsilçiləri meydana çıxıb. Dairəvi sistemlə reallaşan oyunların yekununa əsasən qərb zonasından final mərhələsinə vəsiqə qazanacaq komandanın adı məlum olacaq. Yarışın həlledici mərhələsi gələn ayın ilk 10 günlüyündə Bakıda keçiriləcək.