• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 22.11.2014 13:42

Şəmkirdə qatar avtomobillə toqquşub, sürücü dünyasını dəyişib

Bu gün Bakı-Qazax-Gürcüstan dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində qatar avtomobillə toqquşub. Belə ki, 25 yaşlı Sənan Bayramov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən dəmiryoluna aid qorunmayan keçiddə elektrovozu gözləməyərək yolu keçmək istəyib. Lakin qatar avtomobillə toqquşaraq onu bir neçə metr sürükləyib. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.