• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3558
— 22.11.2014 12:47

Qazaxda Qarabağ əlili qəzaya düşüb

Hadisə Bakı-Qazax avtomagistralının 480-ci kilometrliyində, rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alnıb. Qazax istiqamətində hərəkətdə olan 56 yaşlı Ramiz Kazımov idarə etdiyi "Naz Lifan" markalı avtomobillə qəfil idarəetməni itirərək yolun sağ tərəfinə yuvarlanıb. Qəza nəticəsində avtomobil yoldan çıxaraq təxminən 30 metr kənara düşüb.

Ətrafdakı insanlar sürücünün avtomobildən çıxarmağın mümkünsüzlüyünü görüb əraziyə FHN-nin Xilasedicilərini çağırıblar. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən xilas edilərək təcili yardım avtomobili ilə Qazax Diaqnostika mərkəzinə göndərilib. Kəllə-beyin travması alan sürücünün vəziyyəti orta-ağır qiymətləndirrlir.

Faktla bağlı araşdlrma aparılır.