• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 22.11.2014 11:59

"Formula" 1-in heyətində 4 dəfə çempionluq sevinci yaşayan Sebastian Fettel özünə yeni iş yeri tapıb

27 yaşlı pilot bundan sonra "Ferrari"nin uğurları üçün tər tökəcək.

Alman sürücü yeni komandası ilə 3 illik müavilə bağlayıb. Lakin sözləşmə 2015-ci ildən etibarlı sayılacaq. "Ferrari" "Mak Laren" komandasına transfer olunan Fernando Alonsonun əvəzinə Fetteli sıralarına qatıb. Onun partnyoru 2007-ci ildə dünya çempionluğu sevinci yaşayan finlandiyalı  Kimi Raykonen olacaq. Sebastyan Fettel yeni iş yeri ilə bağlı danışarkən, Mixayil Şumaxrdən də söz açıb. İdmançı hələ uşaq vaxtlarından Şumaxeri izlədiyini və onu özünə örnək götürdüyü deyib. Fettel "Ferrari" üçün çalışmağın onun üçün qürurverici olduğunu da dilə gətirib.

Xatırladaq ki, 7 dəfə dünya çempionu olan Şumaxer bu uğurlarından 5-ni "Ferrari"nin heyətində qazanıb.