Bu günə xəbərlərin oxunma sayı: 1048
— 22.11.2014 11:16

Maxara

1 litr süd

3 ədəd yumurta

1 ç/q duz

3 st un

200 qr quyruq

200 qr yağ

Hazırlanma qaydası: Əvvəlcə südü bir qazana töküb, içinə yumurtaları sındırıb birlikdə qarışdırırıq. Sonra duzu və unu yavaş-yavaş əlavə edib çırpma teli ilə yaxşıca qarışdırırıq.

Sacı ocaqda isitdikdən sonra üzərini qurudulmuş quyruq ilə yağlayıb hazırladığımız kütlədən böyük qaşıq vasitəsilə sacın mərkəz hissəsinə əlavə edib yayırıq. Xəmir duru halda olduğundan sacın üzərinə tökülərkən kənarlarının saçaq formasında olması təbiidir.

Xəmirin alt tərəfi bişəndən sonra çevirib o biri tərəfini də yaxşıca bişiririk. Tam bişdikdən sonra yastı qaba qoyub hər bir tərəfini yağlayırıq. Hazırladığımız xəmir tam qurtarana kimi bu qaydada bişirib, yağlaya-yağlaya üst-üstə yığmalıyıq.

Sonda qat-qat yığılmış maxaranı 4 və ya 6 hissəyə bölüb isti halda süfrəyə təqdim etmək olar. Nuş olsun!