• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 21.11.2014 22:39

Kürdəmir rayonunda ölümlə nəticələn yol qəzası baş verib

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 208-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 58 yaşlı Vaqif Əlizadə idarə etdiyi “Hyundai” markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirərək yoldan çıxıb. Yük maşını yuvarlanaraq dərəyə düşüb. Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Maşın deformasiyaya uğradığından sürücünün meyitini çıxartmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xüsusi alət və avadanlıqların köməyi ilə meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.