• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2058
— 21.11.2014 16:43

Gəncə şəhər stadionu yararsız hala düşüb

Gəncə futbolunun ağrılı yeri olan meydança problemi ilin bu aylarında özünü lap qabarıq şəkildə büruzə verir. Havaların soyuması ilə şəhər stadionun ot örtüyünün vəziyyəti daha da yararsız hala düşür. Qazon saralmağa başlayır və qulluğa baxmayaraq meydanın durumu qeyri-qənaətbəxş olur. Havaların yağıntılı keçdiyi günlərdə isə ot örtüyünün üzəri palçıq qatla örtülür.  Bu da daha çox drenaj sisteminin müvafiq normalara cavab verməməsi ilə bağlıdı. Dolayısı ilə arena kimi qazon da istismar müddətini başa vurmaq üzrədi. Bu stadionda məşq edib, matçlara çıxan "Kəpəz" eyni problem üzündən bəzən hazırlıq prosesini və "ev" oyunlarını Gəncədən kənarda keçirmək məcburiyyətində qalır.