• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 21.11.2014 11:42

Futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək

Çexiyada təşkil olunan turnirdə təmsilçimiz “Araz” klubu III matçına çıxacaq.

Qrupda keçirdiyi hər iki görüşdə rəqiblərinə uduzmaqla növbəti mərhələ şanslarını itirən "Araz" bu dəfə Çexiyanın "Xrudim" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Araz" daha öncə Slovakiyanın "Slov-Marik" klubuna 3:4, Rusiyanın "Dina" komandasına isə 4:5 hesabı ilə uduzub.

21 noyabr

Elit raund, III tur

21:00. "Araz" (Azərbaycan) - “Xrudim” (Çexiya)