• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3393
— 20.11.2014 19:21

Bakıda 3 avtomobil toqquşub

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı biri yük kranı olmaqla 3 avtomobil toqquşub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqlamasına görə hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində yaralanan 4 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisə baş verən ərazidə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması və qəzaya düşən avtomobillərin hadisə yerindən götürülməsi istiqamətində iş aparır.