• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2443
— 20.11.2014 18:29

Xaçmazda minik avtomobili ilə at arabası toqquşub

Xaçmazda minik avtomobili ilə at arabasının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəsarət alan olmasa da, avtomobil və at arabasına ciddi ziyan dəyib.

Ötən gün axşam saatlarında Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də qeydə alınıb. 27 yaşlı Xaçmaz rayonu, Arzu kənd sakini Elşən Pirmudadovun idarə etdiyi 10 NR 162 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın Xaçmaz rayon sakini Rəşad Ağayevə məxsus alma ilə dolu at arabası ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. At arabasında olan alma məhsulu isə yararsız hala düşüb. 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində araşdırmalar davam etdirilir.