• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2440
— 20.11.2014 18:16

Şirvanda mikroavtobus sürücüsü piyadanı vurub

Şirvan şəhərində naməlum mikroavtobus sürücüsü piyadanı vurub.

Hadisə axşam saatlarında Şirvan şəhərinin Xəqani küçəsində qeydə alınıb. 40 yaşlı Əfrayıl Nuriyev evə gedərkən, sərnişindaşıyan mikroavtobus onu vurub. Mikroavtobusun sürücüsü isə hadisə yerindən qaçıb.

Yaralı piyada yaxınlıqdakı insanların köməyi ilə dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum mikroavtobusun sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.