• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4183
— 20.11.2014 17:09

Gəncənin qaz təhcizatında yaranan problemlər futbola da təsirsiz ötüşməyib

Son günlər mövsümə uyğun olaraq havaların kəskin soyuması və bunun fonunda Gəncənin qaz təhcizatında yaranan problemlər digər sahələrə olduğu kimi futbola da təsirsiz ötüşməyib.  Təzyiqin aşağı düşməsi ilə qaz verilişindəki fasilələr və noyabrın 18-də şəhərin müəyyən qəsəbələrində mavi yanacağın kəsilməsi “Kəpəz”in məşqə çıxmaması ilə nəticələnib. Birinci divizionda 12-ci turun oyunları çərçivəsində noyabrın 22-də “Göyəzən”i qəbul edəcək gəncəlilər məşq planında dəyişiklik etməyə məcbur olub. Belə ki, ayın 18-dən qarşıdakı matça hazırlaşmalı olan komandanın Gəncə şəhər stadionuna qazın verilməməsi səbəbindən məşqi təxirə salınıb. “Sarı-göylər”  mövcud problemin aradan qalxması ilə yalnız bir gün sonra çalışmalara start veriblər.

Vidadi Rzayev- “Kəpəz”in baş məşqçisi:  “Bazada qaz olmadığından hamamı isti su ilə təmin etmək mümkün olmadı. Uşaqlar məşqdən sonra yuyuna bilməyəcəkdilər. Hava da soyuqdu. Nəticədə məşqimiz baş tutmadı. Məcburiyyətdən bu addımı atdıq. Qorxduq ki, xəstələnərlər. Elə çox futbolçumuz da yoxdu ki, risqə gedək. Oyunçuları qorumağı lazım bildik. Hamam və mətbəxdən fərqli olaraq, pansionatın qızdırılması elektrik enerjisi ilə həyata keçirilir. Uşaqların qaldığı otaqlar istidir. Qızdırıcı vasitələrlə təmin olunublar”.