• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4801
— 20.11.2014 18:11

Paytaxtda gecə saatlarında 2 yol qəza hadisəsi baş verib

Bakının Nəsimi və Yasamal rayonlarında avtomobil qəzaları baş verib. Hər iki qəzada avtomobillərə xeyli ziyan dəyib.

Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Svetlana Məmmədova küçəsi ilə hərəkət edən 23 yasli Altun Əlizadənin idarə etdiyi “Tofaş” markalı avtomobil qəfildən idarəetməni itirib və yolun solunda hərəkət edən 18 yaşlı Əliyev İsmayıla məxsus “Honda”ya çırpılıb. Nəticədə hər iki avtomobil yolun əks istiqamətinə keçib. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Paytaxtda daha bir qəza isə Yasamal rayonunda, Əsəd Əhmədov küçəsində qeydə alınıb. "KİA" markalı avtomobillə "VAZ 21015"-in toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara xeyli ziyan dəyib. İlkin ehtimala görə, qəzaya qadın sürücünün idarə etdiyi "KİA" markalı avtomobilin yola anidən çıxması səbəb olub.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.