• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4359
— 20.11.2014 13:30

Azərbaycanda televiziya işçisi adı ilə sakinləri soyan keçmiş məhkum saxlanılıb

Qazaxda özünü televiziya işçisi kimi qələmə verərək sakinlərin pulunu mənimsəyən dələduz saxlanılıb. Aparılan əməliyyat zamanı məlum olub ki, Sumqayıt sakini dələduzluqla yanaşı kəndlərdən xırdabuynuzlu heyvanları oğurlamaqla da məşğul olub.

Qazax rayonu, Ürkməzli kənd sakinləri Pərvin Məmmədov və Nurlan Quliyevə özünü televiziya redaktoru kimi qələmə verən 33 yaşlı Sumqayıt şəhər sakini İlqar Hacıbalayev onları hərbi hissələrdən birinə işə düzəldəcəyinə söz verib. Hər birindən 3 min manat pul alaraq aradan çıxan dələduz hətta həmkəndlilərini də yaxın qohumunun Müdafiə Nazirliyində çalışdığına inandıraraq onları yüksək məvacibli işə düzəldəcəyinə inandırıb. Bir neçə ay Sumqayıt sakininin kələyinə uyan Ürkməzli sakinləri işin düzəlmədiyini gördükdə Qazax Polisinə müraciət edərək həmin şəxsin onları aldadaraq 6 min manat pullarını mənimsədiyini bildiriblər. Aparılan əməliyyat nəticəsində əvvəllər də məhkumluq həyatı yaşayan İlqar Hacıbalayev Bakı şəhər Xətai rayonu ərazisində saxlanılıb.

Qazaxda insanları aldatmaqla yanaşı 33 yaşlı dələduz  rayon sakini Tural Hüseynov və Ürkməzli kənd sakini Qulu Musayevlə birgə Ağköynək, Xanlıqlar, Ürkməzli kəndlərində xırdabuynuzlu heyvanları da oğurlayıblar. Bundan başqa Göyçay, Hacıqabul, Salyan rayonlarında quldurluq cinayətləri törədiblər.

 

Rahim İbrahimoğlu