• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2414
— 20.11.2014 10:59

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.

Növbəti yarış günü rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb. Avropa çempionu 69 kq-da döyüşən Yelena Vıstropova Taypey nümayəndəsini məğlub edib. Bu, Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Milli komandamızın üzvü 1/4 finalda amerikalı Daniella Volfla qarşılaşacaq. 75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova +81 kq Aynur Rzayeva rəqiblərinə məğlub olublar. Bu gün boksçularımızdan Anna Əlimərdanova və Yana Alekseyeva növbəti görüşlərini keçirəcək.