• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 20.11.2014 10:57

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start veriləcək

Turun bütün görüşləri eyni gündə keçiriləcək. “Araz-Naxçıvan”ın dağılmasından sonra 9 komandanın mübarizə aparcağı ilk tur “Bakı” - “Qarabağ” matçı ilə başlayacaq. Paytaxtda baş tutacaq digər oyunda AZAL “Qəbələ”ni sınağa çəkəcək. Zirvədə yer alan “Neftçi” mövqeyini qorumaq üçün “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. Tura mərkəzi oyunla yekun vurulacaq. Turnir cədvəlindəki qonşular – “İnter”lə “Xəzər Lənkəran” paytaxtda qarşılaşacaq.

20 noyabr 

Premyer Liqa, 12-ci tur

14:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. AZAL – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov 
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev 
Bakı. “AZAL Arena”.

17:00. “Simurq” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev 
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu.

18:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov 
Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Vüsal Əliyev 
Bakı. “İnter Arena”.