• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 20.11.2014 10:55

2019-cu il Atletika üzrə dünya çempionatının keçiriləcəyi ölkənin adına aydınlıq gəlib

2 ildən bir düzənlənən yarışın təşkili Qətərə həvalə olunub. Asiya ölkəsi dünya çempionatına ev sahibliyi etmək üçün Monakoda baş tutan səsvermədə İspaniya və ABŞ-ı qabaqlayıb. Beynəlxalq Atletika Federasiyaları Birliyi tərəfindən təşkil edilən mundial 2015-ci ildə Çinin paytaxtı Pekində, 2017-cu ildə isə İngiltərənin paytaxtı Londonda reallaşacaq. Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatına da ev sahibliyi edəcək.