• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 20.11.2014 10:52

Özbəkistanda keçirilən güləş üzrə böyüklər arasında Dünya çempionatının nəticələrində dəyişiklik olub

Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər arasında keçirilən Dünya çempionatının nəticələrində dəyişiklik baş verib.

Belə ki, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanan Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb.

Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Cortinaya verilməsinə qərar verib. Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi Dünya çempionatını 4-cü sırada tamamlayan Azərbaycan sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub. 
Beləliklə, Daşkənddə keçirilən Dünya çempionatında 61 kq çəki dərəcəsində ölkəmizə yeganə qızıl medal qazadıran Hacı Əliyev və 97 kq-da Azərbaycanın aktivinə 1 gümüş medal yazdıran Xetaq Qazyumovun sayəsində yığmamız komanda hesabında 36 xal qazanaraq Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb.