• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2976
— 19.11.2014 23:24

Gəncədə oğurluq hadisəsi baş verib

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Raya Hümbətova idarəyə müraciət edərək bildirib ki, noyabrın 15-də gecə evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin giriş qapısının kilidini sındıraraq evə daxil olub və oradan 2200 manat dəyərində qızıl-zinət əşyaları, 39 300 AZN və 300 ABŞ dolları aparıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.