• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 808
— 19.11.2014 18:54

Göyçay rayonunda qətl hadisəsi baş verib

Hadisə rayonun Qarabaqqal kəndində, Göyçay şəhər sakini, 1983-cü il təvəllüdlü Ceyhun Atamoğlan oğlu Quliyevin icarəyə götürdü yeməkxanada qeydə alınıb. Ceyhun Quliyevlə müştərisi, Qarabaqqal kənd sakini, 1968-ci il təvəllüdlü Mətləb Azər oğlu Əkbərov arasında şəxsi münasibətlər zəminində dava düşüb. Ceyhun  Quliyev yeməkxananın mətbəxindən götürdüyü bıçaqla Mətləb Əkbərova xəsarətlər yetirib. Mətləb Əkbərov aldığı xəsarətlərdən Göyçay Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Qətli törədən Ceyhun Quliyev könüllü olaraq Göyçay Rayon Polis Şöbəsinə gedərək təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.